24 
Noy
2021
10:14
32
142
811
Virtual karabakh

Ötən gün toylara görə daha 9 nəfər cərimələnib

24 Noy, 2021
10:14
811

Ötən gün toylara görə daha 9 nəfər cərimələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 200 toy şənliyinin monitorinqini həyata keçirib.  

Monitorinq 191 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 1 faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;

- 90 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri