25 
Noy
2021
18:38
484
16
2543
Virtual karabakh

Ağdam Cümə məscidi bərpa edilir - FOTO

25 Noy, 2021
18:38
2543

Ağdam Cümə məscidi bərpa edilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilən Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi bərpa edilir.

“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, artıq ibadət ocağının ətrafı dəmir torlarla hasara alınıb, inşaat işlərinin aparılması üçün dəmir ayaqaltı konstruksiyalar quraşdırılıb.

Qeyd edək ki, 30 ilə yaxın ermənilərin işğalı altında qalan Ağdam şəhəri tamamilə dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan tikili Cümə məscidi olub. Ermənilərin işğalı dövründə Cümə məscidinin minarələri hərbçilərin  ətraf ərazilərə nəzarət etmələri üçün müşahidə qülləsi kimi, məscidin özü isə donuz və mal-qaraların saxlanılması üçün istifadə olunub. 

Xatırladaq ki, Cümə məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə təmir ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri