26 
Noy
2021
16:20
30
145
5274
Virtual karabakh

Sürücülərin NƏZƏRİNƏ: Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

26 Noy, 2021
16:20
5274

Sürücülərin NƏZƏRİNƏ: Nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının bəzi ərazilərində hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 27 noyabr saat 08:00-dan 28 noyabr saat 18:00-a kimi Nərimanov rayonu, Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri