29 
Noy
2021
18:20
126
290
9415
Virtual karabakh

Partiya sədrinin fikri topa tutuldu - VİDEO

29 Noy, 2021
18:20
9415

Partiya sədrinin fikri topa tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün öz uşaqlarına rus dilində təhsil verən Azərbaycan vətəndaşlarının hamısı Azərbaycan dövlətinə, onun müstəqilliyinə xəyanət edir. 

Bu fikri müzakirələrə səbəb olan ADP sədri Sərdar Cəlaloğlu səsləndirib. 

Onun xarici dilə qarşı belə aqressiv münasibəti heç də başadüşülən deyil. Üstəlik, rus dilinin gənc nəslə öyrədilməsini xəyanətkar addım hesab etmək ən azı, qəbuledilməzdir. Çünki istənilən xarici dili mənimsəmək fərd üçün zənginlik, cəmiyyət üçün isə inteqrasiya baxımından əhəmiyyətlidir. 

Digər tərəfdən, ekspertlərin fikrincə, ölkəmizdə rus dilinə göstərilən yüksək səviyyəli münasibəti heç də bu ölkənin maraqlarının təsiri kimi qiymətləndirmək olmaz.

Ekspertlər hesab edir ki, rus dilinin tədrisi ilə bağlı Azərbaycanın ortaya qoyduğu münasibətin Rusiya tərəfindən təqdir edilməsi bizim maraqlarımıza uyğundur. Üstəlik, dil biliyini siyasi məsələyə çevirmək və bununla bağlı mənfi fikirləri cəmiyyətə təlqin etməklə xal qazanmağa çalışmaq qəbuledilməzdir. 

Təkcə onu nəzərə almaq lazımdır ki, Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edənlər arasında həm rus əsilli vətəndaşlarımız, həm də təhsilini bu dildə alan azərbaycanlılar var idi.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri