30 
Noy
2021
12:14
119
17
2297
Virtual karabakh

DİN-in İdarə rəisindən narkotiklə mübarizə ilə bağlı ÇAĞIRIŞ

30 Noy, 2021
12:14
2297

DİN-in İdarə rəisindən narkotiklə mübarizə ilə bağlı ÇAĞIRIŞ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Narkotik istifadəçilərinin sayı statistikada göstəriləndən çoxdur. Cari ilin 10 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 55 600 nəfər istiqamətləndirilib”.  

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrinin birgə iclasında  Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov deyib.

“Narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Müxtəlif dini tədbirlərdə də antinarkotik mövzusunda çıxışlara geniş yer verilsə, yaxşı olar. Eyni zamanda, narkotik istifadəçisi olmuş və sonradan normal həyata qayıtmış şəxslərlə media sahəsində müsahibələr təşkil olunması da bu mübarizənin bir növü olardı”, - deyə İslam Hümbətov bildirib.

Onun sözlərinə görə, ölkənin inzibati rayonlarında yaşayan gənclərin işlə təmin olunması, həmin rayonlarda idman və digər sahələrin inkişaf etdirilməsi nəticəsində həmin gənclərin boş vaxtının qalmasının qarşısı alına bilər.

“Təhsil müəssisələrində narkotiklə bağlı tibbi müəssisələrin təşkil edilməsini təklif edirik”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri