30 
Noy
2021
20:13
317
86
1382
Virtual karabakh

Fransa səfiri helikopter qəzası ilə əlaqədar başsağlığı verib - FOTO

30 Noy, 2021
20:13
1382

Fransa səfiri helikopter qəzası ilə əlaqədar başsağlığı verib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Azərbaycandakı səfiri Zakari Qross hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

Səfir bu barədə “Twitter”də paylaşım edib.

“Xızıda “Qaraheybət” poliqonunda baş vermiş faciəvi helikopter qəzası nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, ikisi yaralanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri