Dek
2021
13:56
188
32
3147
Virtual karabakh

Bakıda dükanlarda yararsız məhsulların satışı faktı aşkarlandı - FOTO

1 Dek, 2021
13:56
3147

Bakıda dükanlarda yararsız məhsulların satışı faktı aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstehlaka yararsız bioloji fəallığa malik qida əlavələrinin satışının qarşısı alınıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ticarət mərkəzində bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) topdan satışı həyata keçirilən, fiziki şəxslər Qəmbərov Rauf Qurbanqulu oğlu, Muhammed Saeed Khana, Mehdiyev Vüqar İnqilab oğluna məxsus mağazalarda agentlik əməkdaşları plandankənar yoxlama keçirib.

Araşdırmalar nəticəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, sertifikatlaşdırılmamış, BFMQƏ adı altında müxtəlif çeşidli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub.

Müxtəlif çeşiddə və çəkilərdə qablaşdırılmış 192 ədəd qida təhlükəsizliyi sertifikatı olmayan məhsul satışdan kənarlaşdırılaraq müvafiq tədbirlər görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri