Dek
2021
11:46
35
175
3010
Virtual karabakh

Helikopter qəzasında həlak olan DSX zabiti Beyləqanda torpağa tapşırıldı - YENİLƏNİB + FOTO/VİDEO

2 Dek, 2021
11:46
3010

Helikopter qəzasında həlak olan DSX zabiti Beyləqanda torpağa tapşırıldı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri - baş leytenant Fərid Nağıyev dəfn edilib.

“Report”un məlumatına görə, F.Nağıyevin nəşi Beyləqan Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə dövlət rəsmiləri, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

1:34

Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonunun Şərq kəndinə gətirilib.

APA-nın xəbərinə görə, şəhidin cənazəsi kənd meydanına aparılıb, burada cənazə namazı qılınıb.

Qeyd edək ki, şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri