Dek
2021
10:07
49
583
16009
Virtual karabakh

Bakıda taksi sürücüsündən müştəri xanıma təklif: “Gözəlliyinizə görə deyirəm” - VİDEO

3 Dek, 2021
10:07
16009

Bakıda taksi sürücüsündən müştəri xanıma təklif: “Gözəlliyinizə görə deyirəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda taksi sürücüsü maşına əyləşən qadına çay içmək təklifi edib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Sürücünün təklifinə qadın rədd cavabı versə də, o, dəfələrlə qadına çay içmək təklif edib. 

“Gözəlliyinizə görə deyirəm. Ancaq çay içəcəyik, başqa heç nə etməyəcəyik”, - deyə qadına israr edib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər artıq araşdırılıb:

“Həmin taksi sürücüsü müəyyən edilərək saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi təmin edilib”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri