Dek
2021
15:54
98
15
711
Virtual karabakh

Nazir: “Qarabağda artıq 11 avtomat hidroloji stansiyanın qurulması işlərinə başlanılıb”

3 Dek, 2021
15:54
711

Nazir: “Qarabağda artıq 11 avtomat hidroloji stansiyanın qurulması işlərinə başlanılıb”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son 30 il ərzində bu regionda hidrometeoroloji məntəqələrdə müşahidələr dayandırılıb və infrastruktur tamamilə sıradan çıxarılıb. Tezliklə bu müşahidələrin müasir avtomat müşahidə sistemlərinin tətbiqi ilə bərpası planlaşdırılır”.

Oxu.Az-ın məlumatına görə, bunu “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” mövzusunda keçirilən paneldə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, artıq 11 avtomat hidroloji stansiyanın qurulması işlərinə başlanılıb:

“Hidrometeoroloji təhlükəsizliyi təmin etmək məqsədi ilə radar müşahidə sistemlərinin qurulması da təmin olunacaq. Həmçinin kompleks meteoroloji müşahidələrin bərpası üçün xüsusi cihaz və avadanlıqlarla təchiz olunmuş mobil stansiya məntəqələri qurulacaq.

Həmin ərazilərdə radioloji və radioekoloji şəraitin öyrənilməsi məqsədilə aidiyyəti qurumlarla birlikdə monitorinqlər aparılır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri