Dek
2021
14:48
22
224
1678
Virtual karabakh

Göygöldə 100-ə yaxın sakini olan kənd internetsiz qalıb - VİDEO

4 Dek, 2021
14:48
1678

Göygöldə 100-ə yaxın sakini olan kənd internetsiz qalıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygölün Yalqışlaq kəndində yaşayan məktəblilər pandemiya dövründə təhsil almaqda çətinlik çəkib.

Buna səbəb kənddə internet xidmətinin ümumiyyətlə olmamasıdır.

İnternet xəttinin kəndin tam yaxınlığından keçməsinə baxmayaraq, 100-ə yaxın sakini olan Yalqışlaq kəndinin sakinləri internet xidmətindən yararlana bilmir. Sakinlər deyir ki, internetlə bağlı döymədikləri qapı da qalmayıb.

İnternet problemi ilə yanaşı, kəndin rabitə sistemi də demək olar ki, yararsız vəziyyətdədir. Elektrik enerjisi kəsiləndə və ya külək əsəndə kəndin telefonları işləmir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri