Dek
2021
12:20
60
44
1547
Virtual karabakh

Şəhid vərəsələri və xəsarət almış hərbçilər sığorta ödənişini necə əldə edə bilərlər? - AÇIQLAMA

6 Dek, 2021
12:20
1547

Şəhid vərəsələri və xəsarət almış hərbçilər sığorta ödənişini necə əldə edə bilərlər? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid olmuş hərbçilərin vərəsələrinə və xəsarət almış hərbi qulluqçulara müəyyən edilən sığorta ödənişinin verilməsi üzrə prosedurun necə icra edildiyi barədə məlumat verilib. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev danışıb.

O bildirib ki, şəhid hərbçilərin vərəsələri tərəfindən ölüm haqqında şəhadətnamə təqdim edilməli, əlillik dərəcəsi müəyyən edilmiş hərbçilər isə müvafiq əlillik dərəcəsini təyin edən sənədlə, eyni qaydada xəsarəti təyin edən sənədlərlə sığorta şirkətinə müraciət edərək sığorta ödənişlərini əldə edə bilərlər.

Onun sözlərinə görə, vərəsələr şəhidlərin yaxın qohumları, ailə üzvləri - həyat yoldaşı, övladları, daha sonra valideynlər ola bilər, əgər həmin şəxslər mövcud deyilsə, bacı, qardaş, daha sonra qohumluq dərəcəsi müəyyən edilmiş insanlar müraciət edərək sığorta ödənişi əldə edə bilərlər.

Elmar Mirsalayev qeyd edib ki, ödəniş sığorta şirkəti tərəfindən ümumilikdə birdəfəlik həyata keçirilir, lakin ailə üzvlərinin qohumluq dərəcəsi nəzərə alınaraq Azərbaycan qanunvericiliyində müəyyən edilmiş qaydalarla qohumlar arasında bölünür.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri