Dek
2021
13:52
34
184
4740
Virtual karabakh

Reza Deqatinin dronu Şuşada naməlum əraziyə düşüb - FOTO

6 Dek, 2021
13:52
4740

Reza Deqatinin dronu Şuşada naməlum əraziyə düşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fotoqraf Reza Deqatinin dronu Şuşada çəkiliş apararkən naməlum əraziyə düşüb.

Bu barədə Şuşa Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin rəhbəri Zaur Həsənov məlumat verib.

Z.Həsənov bildirib ki, dekabrın 5-də işğaldan azad olunmuş Şuşa şəhərində çəkiliş apararkən R. Deqatinin dronu texniki səbəbdən naməlum əraziyə düşüb. Ötən gün ərzində dronun axtarışları aparılıb.

Hətta axtarışlara Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları da qoşulub. Aparılan axtarışlar nəticəsində bu gün səhər saatlarında dronun düşdüyü ərazi müəyyən edilib.

Dron ərazidən götürülərək R.Deqatiyə qaytarılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri