Dek
2021
18:24
217
19
1301
Virtual karabakh

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib - FOTO

6 Dek, 2021
18:24
1301

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı tank əleyhinə batareya” adı uğrunda yarış keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən keçirilən yarışda batareyaların şəxsi heyətinin tam təchizatı, fərdi və qrup halında normativləri yerinə yetirmə bacarıqları yoxlanılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Ümumi nəticələrə əsasən tank əleyhinə idarəolunan raketlər batareyası birinci olub.

Qalib batareyanın şəxsi heyəti Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən həvəsləndirilərək mükafatlandırılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri