Dek
2021
16:28
72
21
1343
Virtual karabakh

FHN-nin səmti müəyyənetmə komandası yarışda uğur qazanıb - FOTO

7 Dek, 2021
16:28
1343

FHN-nin səmti müəyyənetmə komandası yarışda uğur qazanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 5-də Azərbaycan Səmti Müəyyənetmə Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri Dənizkənarı bulvar və İçərişəhər ərazisində Zəfər gününə həsr olunmuş Səmti müəyyənetmə idman növü üzrə Açıq ölkə çempionatı keçirilib.

Çempionatda müxtəlif kateqoriya üzrə 4 komanda olmaqla (Fövqəladə Hallar Nazirliyi, Dağçılıq İdman klubu, Neftçi İdman klubu, Xüsusi Dövlət Mühafizə Xidməti) 250-ə yaxın idmançı mübarizə aparıb. Yarışda Fövqəladə Hallar Nazirliyinin Səmti müəyyənetmə komandası komanda nümayəndəsi İdman-sağlamlıq klubunun əməkdaşı mayor Orxan Mansurovun rəhbərliyi altında 6 nəfərdən ibarət idmançı kompas və xəritədən istifadə etməklə öz bacarıqlarını nümayiş etdiriblər.

Belə ki, Komanda yarışlarında FHN-nin komandası 3,4 kilometr məsafədə 18 nəzarət məntəqəsini taparaq finiş xəttinə 2-ci yerdə çatmağı bacarıblar. Şəxsi yarışlarda kişilər arasında nazirliyin Kiçik Həcmli Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daxili xidmət çavuşu Mirzə Hüseynzadə 3,2 kilometr məsafədə yerləşən 12 nəzarət məntəqəsini taparaq 3-cü yerə, xanımlar arasında isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva 3 kilometr məsafədə 12 nəzarət məntəqəsini hamıdan tez taparaq 1-ci yerə layiq görülüb. Qaliblərə Azərbaycan Səmti Müəyyənetmə Federasiyasının kubok, diplom və medalları təqdim olunub.

7 dekabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, qiymətli hədiyyələr verərək gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Səmti müəyyənetmə üzrə komandamız 2022-ci ildə Azərbaycanda təşkil olunacaq Beynəlxalq turnirdə iştirak edəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri