12 
Dek
2014
14:43
144
47
13400
Virtual karabakh

Azərbaycanda qar yağacaq

12 Dek, 2014
14:43
13400

Azərbaycanda qar yağacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava qeyri-sabit olacaq.

Dekabrın 14-dən 16-dək Azərbaycan ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə şimal küləyi arabir güclənəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata əsasən, havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Məlumata əsasən, dekabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun gecə 5-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Dekabrın 13-dən 14-nə keçən gecə qərb rayonlarından başlayaraq hava yağıntılı olacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti , gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri