Dek
2021
18:24
31
116
4887
Virtual karabakh

İlqar Məmmədov: “Bazaya yerləşdirilən məlumatlar tam məxfi şəkildə saxlanılır”

8 Dek, 2021
18:24
4887

İlqar Məmmədov: “Bazaya yerləşdirilən məlumatlar tam məxfi şəkildə saxlanılır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ədliyyə Nazirliyinin elektron əhali xidməti bütün Azərbaycan vətəndaşları barədə məlumatlar mövcuddur. Bazaya yerləşdirilən məlumatlar tam məxfi şəkildə saxlanılır”.

Oxu.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi, ədliyyə generalı İlqar Məmmədov deyib.

O bildirib ki, hər bir vətəndaş yalnız birinci dərəcəli qohumları barədə məlumatlar əldə etmək hüququna malikdir:

“Belə ki, “Elektron Əhali” Xidmətinin bazasında toplanan məlumatlar məxfi şəkildə qorunur. Valideyn 18 yaşı tamam olmamış övladları barədə məlumatları əldə edə bilsə də, 18 yaşından sonra şəxsin məlumatları valideynlərinə belə verilə bilməz. Çünki 18 yaşına çatan şəxs azad vətəndaşdır. Yalnız etibarnamə əsasında şəxsin məlumatları başqasına təqdim edilə bilər.

“Elektron əhali” xidmətində axtarış ad, soyad və ata adı əsasında aparılır. Axtarış verildikdə Azərbaycanın 10 milyon əhalisi içərisində eyni ad-soyada malik vətəndaşların siyahısı bir pəncərə sistemində açılır. Axtarılan şəxsi tapmaq üçün eyni ad-soyad olduqda əlavə olaraq doğum günü və ya fotoşəkil vasitəsilə tapmaq mümkündür. Bu sistem vasitəsilə bir şəxsin bütün qohumluq əlaqələri barədə məlumat bazada mövcuddur. Bu məlumatların yerləşdiyi bazaya giriş hüququ İdarənin yalnız iki əməkdaşına verilib. Digər ölkələrin məlumat bazalarından fərqli olaraq Azərbaycanda bu məlumatların hər hansı resursdan əldə olunması mümkün deyil. Sistemə giriş-çıxış qeydiyyata alınır. Bu məlumatlara icazəsiz daxil olmağa cəhd edən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb oluna bilər”.

İ.Məmmədov onu da əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də güc strukturlarına yalnız müəyyən istiqamətlər verilə bilər:

“Məsələn, yeni növ şəxsiyyət vəsiqələrinin hazırlanması zamanı qanun çərçivəsində Daxili İşlər Nazirliyinə vətəndaş barədə məlumatı vəsiqənin üzərindəki çipə yerləşdirə bilməsi üçün onlara müəyyən məlumatlar verilir. Bu məlumatlar zamanla yenilənir. Pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial yardımlar verilib ki, həmin vətəndaşlar barədə məlumatı ƏƏSMN bizim İdarədən alıb. Həmin dövrdə təxminən 4 milyon insanın ailə tərkibi barədə məlumat ƏƏSMN-ə verilib”.

İdarə rəisi qeyd edib ki, bazaya yüklənən məlumatlar, doğum haqqında şəhadətnamələrin aktlaşdırılması ilə həyata keçirilib. Əlyazmaların köçürülməsi ilə bağlı 2004-cü ildə qərar verilib. 2005-ci ildən sistemin hazırlamasına başlanılıb. 7 il ərzində hər gün 120 operator bütün məlumatları sistemə köçürüb. Akt qeydləri 75 il saxlanılır. Bundan sonra isə, 75 ildən sonra Respublika arxivinə təhvil verilir. Bu məlumatların hazırlamasına 1937-ci ilə aid doğum şəhadətnamələrindən başlanılıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri