Dek
2021
17:48
281
20
2830
Virtual karabakh

Narkotik vasitəsinin təsiri altında maşın sürən şəxs TUTULDU

9 Dek, 2021
17:48
2830

Narkotik vasitəsinin təsiri altında maşın sürən şəxs TUTULDU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində hərəkətdə olan VAZ-21011 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Sürücü Elmar Məmmədovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən E.Məmmədovun marixuanadan istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri