Dek
2021
12:44
14
189
2064
Virtual karabakh

İnfeksionist “Omicron” ştammının sürətlə yayılmasından danışdı

9 Dek, 2021
12:44
2064

İnfeksionist “Omicron” ştammının sürətlə yayılmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştammı – “Omicron” peyda olub və hamının narahatçılığına səbəb yaradıb”. 

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov sürətlə yayılan yeni “omicron” ştammının insanları təşvişə salması barədə danışarkən deyib.

O bildirib ki, ilkin mülahizələrə görə, yeni ştamm daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir:

“Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcəkdir. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır. Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri