14 
Dek
2021
12:34
265
59
3245
Virtual karabakh

Oxu.Az-ın əməkdaşı Medianın İnkişafı Agentliyinin müsabiqəsində birinci yerə layiq görüldü

14 Dek, 2021
12:34
3245

Oxu.Az-ın əməkdaşı Medianın İnkişafı Agentliyinin müsabiqəsində birinci yerə layiq görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən noyabrın 23-də elan edilmiş “MEDİA-Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlanıb.

Müsabiqənin nəticələrini bu gün MEDİA elan edib.

Oxu.Az-ın əməkdaşı Könül Soltanova (Cəfərli) “MEDİA-Fərdi jurnalist müsabiqəsi”nin “Ən yaxşı müsahibə” nominasiyasının birincisi olub.

Qeyd edək ki, müsabiqədə fərqlənənlər arasında “Report” İnformasiya Agentliyinin iki, “Kaspi” qəzetinin isə üç əməkdaşı var. Belə ki, Sədrəddin İsmayılov Soltan oğlu (“Report”) “Ən yaxşı ictimai-siyasi təhlil”, İmdad Əlizadə Əli oğlu (“Report”) “Ən yaxşı oçerk”, Fərid Hüseynov Bəybala oğlu (“Kaspi”) “Ən yaxşı mədəniyyət materialı”, Bəxtiyar Məmmədli Feruz oğlu (“Kaspi”) “Ən yaxşı sosial-iqtisadi təhlil” və Rufik İsmayılov Afis oğlu (“Kaspi”) “Ən yaxşı reportaj” nominasiyaları üzrə uğur qazanıblar. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri