16 
Dek
2021
18:40
154
37
1130
Virtual karabakh

Belarus XİN Şərq Tərəfdaşlığı sammitində dəstəyə görə Azərbaycana təşəkkür edib

Belarusun Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində dəstəyinə görə təşəkkürünü ifadə edib.

Belarus XİN-dən Trend-in müraciətinə cavab olaraq bildirilib ki, suverenlik və müstəqillik anlayışlarının dəyərini gözəl başa düşən qardaş Azərbaycana ölkəmizi beynəlxalq arenada ardıcılı və kompromissiz şəkildə dəstəklədiyinə görə təşəkkürümüzü bildiririk. Bakı növbəti dəfə özünü beynəlxalq hüquq normalarına uyğun olaraq öz xarici siyasi prinsiplərinə sadiq qalan məsul və müstəqil iştirakçı kimi nümayiş etdirdi.

Qurumdan qeyd ediblər ki, Belarusu “Şərq tərəfaşlığı” üzv ölkələrilə Aİ-nin siyasiləşmiş təşəbbüsü deyil, ilk növbədə, ümumi tarix, xalqların yaxın dostluğu, qarşılıqlı səmərəli ticari-iqtisadi əməkdaşlıq, MDB məkanında konstruktiv əməkdaşlıq bağlayır.

“Əlbəttə, biz Şərq Tərəfdaşlığı sammitində dost dövlətlərdən anti-Belarus açıqlamaları və addımları birmənalı şəkildə pisləməsini gözləyirdik. Gənc post-sovet ölkələrinin tarixi dəfələlə göstərib ki, geosiyasi vəziyyətdən və Avropa bürokratiyasının əhvalından asılı olaraq istənilən bayraq altındakı yer boş qala bilər”, - nazirlikdən deyiblər.

Qeyd edək ki, Azərbaycan Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə qəbul edilən bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri