18 
Dek
2021
09:00
17
197
5065
Virtual karabakh

Bakıda tuneldə ağır qəza: Xəsarət alan var - FOTO/VİDEO

18 Dek, 2021
09:00
5065

Bakıda tuneldə ağır qəza: Xəsarət alan var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub, bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə qeydə alınıb.

1992-ci il təvəllüdlü Atabəy Ramazanlı yüksək sürətlə idarə etdiyi “Chevrolet” markalı avtomobillə “Mercedes Benz” markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi daha sonra KIA markalı maşınla toqquşub. Zərbənin gücündən “Chevrolet” beton divara da dəyib. 

Qəza nəticəsində A.Ramazanlı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polis təhlükəsizlik məqsədilə tunelin Qələbə dairəsi istiqamətinə olan hissəsini bağlayıb. 

Qəzaya uğrayan avtomobillər evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri