18 
Dek
2021
17:09
109
22
1434
Virtual karabakh

“Global Photo Stock”un əməkdaşı beynəlxalq müsabiqədə iki qızıl medala layiq görülüb - FOTO

18 Dek, 2021
17:09
1434

“Global Photo Stock”un əməkdaşı beynəlxalq müsabiqədə iki qızıl medala layiq görülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Global Photo Stock”un fotoqrafı Rəşad Mehdiyev Türkiyədə keçirilən “Camera Obscura – 2021” beynəlxalq foto müsabiqəsində 5 mükafata layiq görülüb.

Oxu.Az xəbər verir ki, müsabiqənin iki nominasiyasında Rəşad Mehdiyevin “Heydər Əliyev Mərkəzi” və “Yaşlı qadın” adlı fotoları yarışın ən yüksək mükafatına, Amerika Fotoqrafiya Cəmiyyətinin qızıl medallarına layiq görülüb. Müəllifin “Uşaqlar” fotosu Beynəlxalq Bədii Sənət Fotoqrafları Assosiasiyasının fəxri lentini, “Velosipedçi” və “Qanlı qələbə” fotoları isə diplomlar qazanıb.

Amerika Fotoqrafiya Cəmiyyəti və Beynəlxalq Bədii Sənət Fotoqrafları Assosiasiyasının himayəsi ilə altı nominasiyada keçirilən fotomüsabiqəyə dünyanın 40 ölkəsindən 82 müəllifin 1700-dən artıq işi təqdim edilib.

Qeyd edək ki, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyev eyni zamanda Gilavar Foto Klubunun təsisçisi və dünyada UNESCO tərəfindən tanınan yeganə foto təşkilat olan Beynəlxalq Foto Sənəti Federasiyasının Azərbaycan üzrə nümayəndəsidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri