21 
Dek
2021
15:10
74
785
18646
Virtual karabakh

ABŞ-da qətlə yetirilən azərbaycanlının iki ay sonra toyu olacaqmış - YENİLƏNİB + FOTO/VİDEO

21 Dek, 2021
15:10
18646

ABŞ-da qətlə yetirilən azərbaycanlının iki ay sonra toyu olacaqmış - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün ABŞ-da qətlə yetirilən azərbaycanlı Qurban Bağırovun iki ay sonra toyu olacaqdı.

Bununla bağlı Baku.ws-ə mərhumun yaxınları məlumat verib. 

Onların sözlərinə görə, Q.Bağırov 6 il əvvəl Amerikaya yollanıb. Orada təhsil alan 25 yaşlı Qurban daha sonra çalışmağa başlayıb. 

Hazırda mərhumun yaxınları cəsədinin Azərbaycana gətirilməsi üçün danışıqlar aparır. Bu prosesin 2 həftə ərzində reallaşacağı deyilir.

13:58

ABŞ-da azərbaycanlı Qurban Bağırovun qətlə yetirildiyi yerdən görüntülər yayılıb. 

Bununla bağlı “CBS Chicago” telekanalı reportaj hazırlayıb.

Reportajda hadisənin baş vermə səbəbləri haqqında məlumat verilib, qətlin törədildiyi yer və azərbaycanlı gəncə məxsus avtomobilin görüntüləri yayımlanıb. 

Həmin görüntüləri təqdim edirik:

10:38

Azərbaycanlı gənc ABŞ-da qətlə yetirilib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, hadisə ötən gün Çikaqoda baş verib.

İddia edilib ki, həmyerlimiz Qurban Bağırov avtomobil idarə edərkən digər sürücü ilə aralarında yaranan mübahisə zamanı güllələnib.

Hadisəni törədən şəxs ondan yol istəyən azərbaycanlı gəncə atəş açıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri