29 
Dek
2021
12:24
56
442
2326
Virtual karabakh

Qlobal sorğu: Azərbaycan ən xoşbəxt beş ölkədən biridir

29 Dek, 2021
12:24
2326

Qlobal sorğu: Azərbaycan ən xoşbəxt beş ölkədən biridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qlobal təşkilat “Gallup İnternational”ın sorğusuna əsasən, Azərbaycan 2021-ci ildə xoşbəxtlik indeksinə görə dünyada ilk beş ölkə sırasında yer alıb.

Əhalisinin növbəti ildən daha çox ümid gözlədiyi ölkələr sırasına ilk olaraq İndoneziya (76 % ), daha sonra ardıcıl olaraq Albaniya (70 %), Nigeriya (68 %), Azərbaycan (62 %) və Vyetnam (59 %) daxildir.

Əfqanıstan (56 %) ən aşağı ümidlərin olduğu ölkə seçilib.

Koreya Respublikası (54 %), İtaliya (48 %), Serbiya (42 %) vətəndaşları 2022-ci ilin 2021-ci illə eyni olacağını gözləyirlər.

“Gallup” Beynəlxalq Assosiasiyasının HOPE INDEX-nə əsasən ilk 5 optimistlər aşağıdakılardır: İndoneziya (72), Albaniya (65), Azərbaycan (53 xal), Nigeriya (51 xal), Meksika və Vyetnam (hər ikisi 47 xalla).

Nigeriyada (61 % optimist), İndoneziyada (58 %), Vyetnamda (55 %) və Azərbaycanda (52 %), Albaniyada, Hindistanda (hər ikisi 49 %) iqtisadi nikbinlik bədbinliyə qarşı açıq şəkildə üstünlük təşkil edir.

1979-cu ildə “Gallup International” tərəfindən başlamış dünyanın ən uzunmüddətli qlobal sorğusu olan “İlin Sonu” sorğusu Ümid İndeksi, Xoşbəxtlik İndeksi və iqtisadi vəziyyət gözləntiləri trendi ilə bütün dünyada formalaşmış ənənədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri