29 
Dek
2021
13:08
28
124
2519
Virtual karabakh

Şəmkirdə şadlıq evlərinin rəhbərlərinə cinayət işi AÇILDI - FOTO/VİDEO

29 Dek, 2021
13:08
2519

Şəmkirdə şadlıq evlərinin rəhbərlərinə cinayət işi AÇILDI - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şadlıq evi rəhbərləri barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Gold Qafqaz” şadlıq sarayının əvvəlcədən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Operativ Qərargahın qəbul etdiyi karantin qaydalarına zidd olaraq müəyyən edilmiş say həddindən artıq qonaq qəbul etməsi aşkar olunub.

Polis əməkdaşları müəyyən edib ki, dekabr ayının 26-da keçirilən toy mərasimində 150 nəfər qonaq olmalı olduğu halda 250 nəfər iştirak edir. Buna görə də obyekt sahibi Nofəl Heydərov saxlanılaraq Polis Şöbəsinə gətirilib və onun barəsində Cinayət Məcəlləsinin 139-cu (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa şöbə əməkdaşlarının dekabrın 28-də keçirdikləri müvafiq tədbirlər nəticəsində “Ceyhun” şadlıq evinin rəhbərliyi müvafiq portalda şadlıq evində kiçik toy və toy mərasimi barədə məlumat versə də, əslində hər iki yığıncağın eyni vətəndaşa məxsus toy mərasimi olması aşkar edilib. Şadlıq evi rəhbəri Rasim Salmanov saxlanılaraq Polis Şöbəsinə gətirilib və onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə cari il ərzində ümumilikdə 50-yə yaxın şadlıq evi və iaşə obyektlərində keçirilən, 135-ə yaxın evlərdə keçirilən toy mərasimlərində karantin rejiminin pozulmasını aşkar edərək qanunamüvafiq tədbir görüb.

Həmin tədbirlər zamanı təkrar qayda pozuntusuna yol verdiyinə görə 14 nəfərdən 5-i həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri