29 
Dek
2021
12:57
34
129
2314
Virtual karabakh

Azərbaycanda saxta COVID-19 pasportları ilə bağlı tibb qardaşına cinayət işi açıldı

29 Dek, 2021
12:57
2314

Azərbaycanda saxta COVID-19 pasportları ilə bağlı tibb qardaşına cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qobustanda şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmalarına dair saxta sənədlərin verilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma başlayıb.

Bu barədə Oxu.Az-a Qobustan Rayon Prokurorluğundan məlumat verilib.

“Qobustan rayon mərkəzi xəstəxanası” PHŞ-nin Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər edilməklə, həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktlar əsasında Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri