29 
Dek
2021
17:48
14
109
2755
Virtual karabakh

Əlillik dərəcəsinin 5 ili tamamlanan şəxslərin sayı AÇIQLANDI

29 Dek, 2021
17:48
2755

Əlillik dərəcəsinin 5 ili tamamlanan şəxslərin sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ildə əlillik dərəcəsinin 5 ili tamamlanan şəxslərin sayı 5 mini keçib. Yenidən yoxlama zamanı problemlər yaranır.

Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli “Əlilliyin təyin olunmasında tibb müəssisələrinin rolu” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, əvvəlki qaydalara görə 5 il onlar heç bir müayinədən keçməyiblər:

“Hazırda isə 5 ili tamam olmuş əlillik dərəcəsi olan şəxslər yenidən həkim komissiyasından keçməlidirlər. Onlardan soruşulur ki, 5 il ərzində hər hansı stasionar müalicə alıblarmı? Cavab verirlər ki yox. Əlilliyi olan şəxs 5 il müddətində heç bir dövlət və ya özəl tibb müəssisəsindən epikrizinin olmaması narazılıq yaradır. Bu zaman o şəxslərin həkim komissiyalara təqdim etməyə sənədləri olmur. Bu məqamlarla bağlı narazılıqlar tez-tez olur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri