30 
Dek
2021
15:00
142
30
3096
Virtual karabakh

Qoca Səmədov xəstəxanaya yerləşdirildi

30 Dek, 2021
15:00
3096

Qoca Səmədov xəstəxanaya yerləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədov yenidən xəstəxanaya yerləşdirilib.

APA-nın məlumatına görə, bir müddət əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum olunan sabiq icra başçının vəziyyəti pisləşdiyi üçün ilk olaraq Şəkidəki Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Daha sonra o, Bakıya gətirilərək Mərkəzi Klinikaya yerləşdirilib və növbəti dəfə ürəyindən əməliyyat olunub.

Hazırda sabiq icra başçısının müalicəsi davam etdirilir. Qoca Səmədovun vəkili Elnur Vəliyev faktı təsdiq edib.

Qeyd edək ki, Qoca Səmədov bir müddət əvvəl də ürəyindən əməliyyat olunmuşdu.

Xatırladaq ki, Q. Səmədov DTX-nin 2019-cu ilin noyabr ayında keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinib.

Q. Səmədov bu ilin sentyabrında Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri