30 
Dek
2021
18:28
14
289
1996
Virtual karabakh

Kürdəmirdə içkili sürücü qəza törətdi: Ağır yaralanan var

30 Dek, 2021
18:28
1996

Kürdəmirdə içkili sürücü qəza törətdi: Ağır yaralanan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə avtomobil 60 yaşlı qadını vurub. Sürücü hadisə yerindən qaçıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 60 yaşlı Kərimova Xatirə Ərzulla qızı yol kənarında olarkən OKA markalı avtomobil onu vurub. Daha sonra avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Ağır bədən xəsarəti alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Sürücü Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Əzizov Yura Əlisurət oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü saxlanılarkən məlum olub ki, o, avtomobili spirtli içkinin təsiri altında idarə edib.

Y.Əzizov Kürdəmir Rayon Polis Şöbəsinə təhvil verilib. Araşdırmalardan sonra onun törətdiyi əmələ hüquqi qiymət veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri