31 
Dek
2021
15:30
186
57
1446
Virtual karabakh

Həmrəylik günü münasibətilə videoçarx təqdim olunub - VİDEO

31 Dek, 2021
15:30
1446

Həmrəylik günü münasibətilə videoçarx təqdim olunub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın iştirakı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş videoçarx hazırlanıb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gələn videoçarxda həmvətənlərimiz yaşadıqları ölkələrdən Azərbaycanın Dövlət Himnini səsləndirməklə xalqımıza təbriklərini çatdırıblar, birlik və həmrəyliklərini nümayiş etdiriblər.

Videoçarxın bədii hissəsi ABŞ-ın Nyu York şəhərində çəkilib. Dövlət Himnimizin sözləri alt yazı ilə ingilis dilində təqdim edilib. Videoçarx “Dünyanın harasında olursan ol, əgər azərbaycanlısansa, zaman yetişəndə hamı bir olub və bir olacaq!” fikri ilə tamamlanıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri