Yan
2022
13:18
10
202
1584
Virtual karabakh

Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - VİDEO

4 Yan, 2022
13:18
1584

Kürdəmirdə dördotaqlı ev yanaraq külə döndü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmirdə fərdi yaşayış evində yanğın baş verib.

Hadisə rayonun Ərşəli kəndində Fərzəliyev Bəhruz Əlisahib oğluna məxsus dördotaqlı evdə qeydə alınıb.

Ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub.

Alov söndürülüb, yanğının digər evlərə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına elektrik naqillərində yaranmış qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri