Yan
2022
17:10
444
68
5805
Virtual karabakh

Bakıda 25 metrlik günbəzli, 42 metrlik ikiminarəli müasir məsciddən FOTOREPORTAJ

7 Yan, 2022
17:10
5805

Bakıda 25 metrlik günbəzli, 42 metrlik ikiminarəli müasir məsciddən FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məscidin yeni binasında yaradılan şəraitlə tanış olublar.

Daha əvvəl məscid qəzalı vəziyyətdə olduğundan burada ibadət üçün heç bir şərait yox idi. Lakin hazırda müasir konsepsiya əsasında yeni bina inşa olunub və məsciddə eyni anda 1800 nəfərin ibadət etməsi üçün şərait yaradılıb. Halbuki daha əvvəl məsciddə maksimum 500-550 nəfər ibadət edə bilərdi. 

Məscid kompleksinin diametri 4 metr, hündürlüyü 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb.

Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna uyğun elementlərdən istifadə olunub.

Oxu.Az-ın fotoqrafının gözü ilə “Xanım Fatimeyi Zəhra” məscidinin fotolarını təqdim edirik:

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri