10 
Yan
2022
10:42
132
23
4463
Virtual karabakh

Bakıda 10 gün sonra tapılan iki yaşlı körpə haradadır? - FOTO

10 Yan, 2022
10:42
4463

Bakıda 10 gün sonra tapılan iki yaşlı körpə haradadır? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın sonlarında itkin düşmüş 2 yaşlı Məhəmmədin iki gün əvvəl tapıldığı barədə məlumat vermişdik.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev təhlükəsizlik məqsədilə ailəsinə deyil, paytaxtdakı uşaq sığınacağına təhvil verilib.

Eyni zamanda, ailənin əqli məhdudiyyətli övladı da ötən həftə “Ümid Yeri” uşaq sığınacağına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, yanvarın 8-də Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri