11 
Yan
2022
19:46
23
257
1740
Virtual karabakh

Qəbələdə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

11 Yan, 2022
19:46
1740

Qəbələdə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Qafqaz Qafarlı idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz rayon Xaçmaz kənd sakini Rafiq Atakişiyevi vurub.

R.Atakişiyev xəsarət alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri