12 
Yan
2022
16:37
90
42
2052
Virtual karabakh

Ölkədə bu gün nə qədər insan peyvənd olunub? - FOTO

12 Yan, 2022
16:37
2052

Ölkədə bu gün nə qədər insan peyvənd olunub? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 455 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 885, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 768 nəfərdir, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 802 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 562 620, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 190 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 703 255, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 669 018 təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri