14 
Yan
2022
14:44
18
139
1462
Virtual karabakh

Nazirlikdən tenderlə bağlı iddialara CAVAB

“Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) təkmilləşdirilməsi, sistemin müvafiq serverlərdə saxlanılması və mütəmadi texniki xidmətlərin göstərilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxslə bir il müddətinə bağladığı satınalma müqaviləsi ilə bağlı bəzi mənbələrdə səsləndirilən fikirlərə aydınlıq gətirilib.

Nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Oxu.Az-a açıqlama verərək bildirib ki, mövcud hüquqi prosedurlardan xəbəri olmadan, məsələnin mahiyyətini öyrənmədən, dəqiqləşdirmədən əsassız ittihamların səsləndirilməsi ictimai fikirdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyil:

“Ölkə Prezidentinin 2021-ci il 13 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron su təsərrüfatı” informasiya sisteminin Əsasnaməsinə uyğun olaraq ESTİS-in sahibi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, operatoru isə “ASAN xidmət”in tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsdir”.

F.Mütəllimov onu da qeyd edib ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.1-ci maddəsinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılıq məktubuna uyğun olaraq ETSN kotirovka və tender sorğusu keçirmədən “Elektron Hökumətin İnkişafı Mərkəzi” ilə birbaşa müqavilə bağlaya bilər. 

Nazirliyin rəsmisi Dövlət satınalmalarının vahid internet portalının “Bağlanmış müqavilə haqqında məlumat” bölməsində də bu barədə müvafiq məlumatın dərc edildiyini bildirib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri