15 
Yan
2022
12:42
29
56
1280
Virtual karabakh

Ölkə ərazisində müşahidə olunan FAKTİKİ HAVA

15 Yan, 2022
12:42
1280

Ölkə ərazisində müşahidə olunan FAKTİKİ HAVA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 15-i saat 11:30-a əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 27 sm, Sarıbaşda (Qax) 22 sm, Qrızda 14 sm, Xaltan, Şahbuzda 10 sm, Daşkəsəndə 8 sm, Altıağacda 7 sm, Naxçıvanda 6 sm, Göygöl, Lerikdə 5 sm, Qobustanda 4 sm, Qubada 3 sm, Qusarda 1 sm olub.

Gözlənildiyi kimi şimal-qərb küləyi 14-ü axşamdan güclü cənub-qərb küləyi ilə əvəz olunub, küləyin maksimal sürəti Naftalanda 26 m/s, Qobustanda 22 m/s, Gəncə, Tovuz, Şamaxıda 20 m/s, Ağstafa, Göyçay, Şəkidə 18 m/s, Yevlaxda 17 m/s, Bərdə, Tərtərdə 16 m/s, Şərurda 15 m/s, Bakıda 30 m/s, Abşeron yarımadasında 25 m/s güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,6 metrdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri