17 
Yan
2022
09:16
271
28
2784
Virtual karabakh

Marixuana çəkib sükan arxasına oturan sürücü saxlanılıb - FOTO

17 Yan, 2022
09:16
2784

Marixuana çəkib sükan arxasına oturan sürücü saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini Elçin Mirzəcanlının idarə etdiyi VAZ-2115 markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən E.Mirzəcanlı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri