18 
Yan
2022
12:00
29
103
3175
yuxarı
Nazir müavinindən azad edilmiş ərazilərə səfər edəcək vətəndaşlara ÇAĞIRIŞ
18 Yan, 2022
12:00
3175
29
103
Nazir müavinindən azad edilmiş ərazilərə səfər edəcək vətəndaşlara ÇAĞIRIŞ
“İşğaldan azad edilmiş ərazilərə səfərlər qurumlarla sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Vətəndaşlardan xahiş edirik ki, təlimatlara ciddi riayət etsinlər”.
Oxu.Az xəbər verir ki, bununla bağlı işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, bu layihəyə mərhələli, pilot layihə kimi baxılmalıdır:
“Proses start götürdükdən sonra hər hansı problem və ya yeni təkliflərlə bağlı həyata keçirilən tədbirlərə dəyişikliklər ola bilər. Yeni marşrut xətləri ilə bağlı məsələlər gələcək zamanlarda müzakirə edilə bilər. Zəruri istiqamətlər nəzərdə tutulub”, - deyə o əlavə edib.
Könül Cəfərli
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək