18 
Yan
2022
20:12
257
48
3534
Virtual karabakh

Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb - FOTO

18 Yan, 2022
20:12
3534

Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağa ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb”.

Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün sosial şəbəkə hesabında qeyd edib.

“Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında vətəndaşların mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə həmin ərazilərə avtobus marşrutları açılır. İlkin olaraq növbəliliyin təmin edilməsi, daşımaların və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla ən çox ehtiyac duyulan istiqamətlər üzrə müntəzəm avtobus marşrutları yaradılıb. Dayanıqlı məskunlaşma sərnişindaşıma fəaliyyətinin daha da genişləndirilməsini zəruri edəcək”, - R.Nəbiyev qeyd edib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri