18 
Yan
2022
22:24
11
397
6654
Virtual karabakh

Goranboyda gənc oğlanın minaya düşməsinin təfərrüatı məlum olub + YENİLƏNİB/VİDEO

18 Yan, 2022
22:24
6654

Goranboyda gənc oğlanın minaya düşməsinin təfərrüatı məlum olub + YENİLƏNİB/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboyda gənc oğlanın minaya düşməsi hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Tap Qaraqoyunlu kənd sakini, 26 yaşlı Vüqar Maqsud oğlu Məmmədov İncəçayı keçən zaman minaya düşüb. Ağır yaralanan V.Məmmədov sürünərək həmin ərazidən uzaqlaşıb və mobil telefonundan yaxınlarına zəng edərək kömək istəyib.

Yaxınları onun olduğu yerə gedib və  Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Zərərçəkmişin sol ayağı dizdən amputasiya olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

21:57

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğunundan Oxu.Az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir. Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

21:14

Goranboy sakini minaya düşüb.

APA xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib.

Hazırda vəziyyəti orta ağırdır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri