19 
Yan
2022
10:56
65
214
1257
Virtual karabakh

DİN: Şəhidlər xiyabanını ziyarət edən qruplar 10 nəfərdən artıq olmamalıdır

19 Yan, 2022
10:56
1257

DİN: Şəhidlər xiyabanını ziyarət edən qruplar 10 nəfərdən artıq olmamalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı vətəndaşlara müraciət edib.

“20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar ziyarətçilərin təhlükəsizliyi, rahat və fasiləsiz hərəkəti, xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcəkdir. Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən artıq olmamaqla qrup halında hərəkət etməlidirlər. 

Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla, tədbir tam başa çatana qədər Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdirilicəkdir.

Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının yanından Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması nəzərdə tutulur. 

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, - deyə məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri