19 
Yan
2022
13:35
60
255
1818
Virtual karabakh

Nazirlik: “Vətəndaşlar ilkin mərhələdə bir dəfə Şuşaya, bir dəfə Ağdama gedə biləcək”

19 Yan, 2022
13:35
1818

Nazirlik: “Vətəndaşlar ilkin mərhələdə bir dəfə Şuşaya, bir dəfə Ağdama gedə biləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərləri ilə bağlı məsələyə aydınlıq gətirib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qurum bəyan edib ki, ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətəndaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər etmək imkanı yaradılır. Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri