19 
Yan
2022
16:04
17
133
801
Virtual karabakh

Neçə nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib? - FOTO

19 Yan, 2022
16:04
801

Neçə nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Nazirlikdən verilən məlumata görə, 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Onlar üçün təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

Həmin şəxslər proqram çərçivəsində seçdikləri sahələr üzrə mal və materiallarla təmin olunaraq öz təsərrüfatlarını qurub.

Həmçinin, agentlik tərəfindən ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri