20 
Yan
2022
16:36
29
234
5532
Virtual karabakh

Qarlı hava avtomobillərin hərəkətini çətinləşdirdi - VİDEO

20 Yan, 2022
16:36
5532

Qarlı hava avtomobillərin hərəkətini çətinləşdirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Bakı-Şamaxı-Yevlax yolunun 65-ci km-dən başlayaraq Ağsu aşırımı və Muğanlı-İsmayıllı yolunda qar yağır, yolların hərəkət hissəsində qar və bəzi yerlərdə buzlaşma var, yağan güclü qar avtomobillərin hərəkətini çətinləşdirib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Ərazidə xidmət aparan Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları Yol İstismar İdarəsinin işçiləri ilə birlikdə yolların qardan təmizlənməsi və avtomobillərin təhlükəsiz hərəkətinin bərpa olunması üçün müvafiq tədbirlər görür, eyni zamanda DYP əməkdaşları yolda qalmış sürücülərə lazımi köməklik göstərirlər.

Odur ki, Baş DYP İdarəsi qeyd olunan istiqamətlərdə hər iki oxu aparıcı olan, qış şinləri ilə təchiz olunmuş nəqliyyat vasitələrindən istifadə edilməsini, həmçinin qarlı hava şəraitində və buzlu yollarda avtomobili idarə etmək bacarığı olmayanların göstərilən ərazilərdə yola çıxmamasını xahiş edir.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri