21 
Yan
2022
10:56
19
213
3976
Virtual karabakh

Bakıda körpü buz bağladı: 5 avtomobil qəzaya uğradı - FOTO

21 Yan, 2022
10:56
3976

Bakıda körpü buz bağladı: 5 avtomobil qəzaya uğradı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonunda zəncirvarı yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Çermet” körpüsü kimi tanınan ərazidə BMW markalı avtomobilin sürücüsü yolun buz bağlamasına görə idarəetməni itirib. Avtomobil yolayrıcı betona çırpılıb. Daha sonra “Opel”, “Toyota”, “Daewoo” və “Hyundai” markalı avtomobillər ard arda bir birinə çırpılıb.

Hazırda sürücülər “Çermet” körpüsü kimi tanınan ərazidə yolun buz bağlamasını nəzərə alıb eyni istiqamətdə hərəkətdə olan avtomobil sürücülərinə xəbərdarlıq edirlər.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib . Polis əməkdaşları körpünün hər iki istiqamətində dayanaraq avtomobil sürücülərinə sürəti azaltmağı tövsiyə edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri