21 
Yan
2022
19:07
16
301
1927
Virtual karabakh

Gəncədə 87 yaşlı kişi yıxılaraq öldü

21 Yan, 2022
19:07
1927

Gəncədə 87 yaşlı kişi yıxılaraq öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən evdə qeydə alınıb. 

Həmin ünvanda yaşayan 1935-ci il təvəllüdlü Məhərrəm Rəsulov yaşadığı evin hamamında yıxılıb. Başı yerə dəyən 87 yaşlı kişi ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri