24 
Yan
2022
19:35
59
430
5760
Virtual karabakh

Baxımsız vəziyyətdə yaşayan tənha qadın xəstəxanaya yerləşdirilib

24 Yan, 2022
19:35
5760

Baxımsız vəziyyətdə yaşayan tənha qadın xəstəxanaya yerləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Ağsunun Ərəbmehdibəy kəndində baxımsız, kimsəsiz vəziyyətdə yaşayan Əzəmət Mikayılova Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat yayıb.

O diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə xəbər daxil olduğu andan etibarən məsələ ilə bağlı lazımi proses başlanıb:

“Vətəndaşın yaşadığı əraziyə səfər etdik. Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi. Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi".

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri