25 
Yan
2022
14:28
7
124
893
Virtual karabakh

Tərtərdə fiziki və nitqi məhdudiyyətli şəxs itkin düşdü

25 Yan, 2022
14:28
893

Tərtərdə fiziki və nitqi məhdudiyyətli şəxs itkin düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər rayon sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər rayon sakini Əlizamin Tağızadə yanvar ayının 9-da evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı yanvar ayının 22-də Rayon Polis Şöbəsinə müraciət edilib. Ə.Tağızadənin əlamətləri belədir: qısaboylu, gözlərinin rəngi şabalıdı, fiziki və nitq məhdudiyyətlidir. Əynində qara şalvar, ağ köynək, qara qış gödəkcəsi, qara ayaqqabı olub.

Məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tərtər Rayon Polis Şöbəsinin 022 23 6 30 34 və 055 722 2242 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri